Sahibə Qafarova Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri ilə görüşüb
# 31 oktyabr 2022 17:31 (UTC +04:00)

Oktyabrın 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışılıb, cari ildə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu xatırlanıb, iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının şəxsi münasibətlərinin rolu vurğulanıb.

Söhbət zamanı qarşılıqlı münasibətlərdə siyasi, iqtisadi, humanitar, parlamentlərarası əməkdaşlığın, iki ölkənin regionları arasında münasibətlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə Milli Məclisin həm Federasiya Şurası, həm də Dövlət Duması ilə qarşılıqlı münasibətləri, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR