Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb
# 09 may 2022 19:46 (UTC +04:00)

Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib.

Milli Məclisdən APA-ya verilən xəbərə görə, Sürix hava limanında nümayəndə heyətini İsveçrə Parlamentinin Protokol Xidmətinin rəhbəri Filip Barezvil, ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR