Şamil Ayrım:  “Azərbaycan xalqı heç zaman işğalla barışmayıb”

Şamil Ayrım

© APA | Şamil Ayrım

# 22 aprel 2022 12:18 (UTC +04:00)

“Prezident İlham Əliyev Qurultayda çıxışında 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycanın öz gücünə işğaldan azad etdiyini vurğuladı. Bu torpaqlarda hər zaman azərbaycanlılar yaşayacaq”.

APA-nın xəbərinə görə, bunu Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Ş. Ayrım deyib ki, Azərbaycan xalqı heç zaman işğalla barışmayıb: “Türkiyə hər zaman Azərbaycanın yanında olub. Azərbaycan torpaqlarını işğaldan azad edəndə də Türkiyə Azərbaycanın yanında oldu. Bu gün bu Qurultaya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını gətirmişəm. Qardaşlığımız daim olsun!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR