Şamil Ayrım: “Türkiyə-Ermənistan danışıqlarının növbəti mərhələsi yaxın günlərdə baş tutacaq”

Şamil Ayrım

© APA | Şamil Ayrım

# 29 yanvar 2022 15:36 (UTC +04:00)

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə çıxaran, münasibətlərimizin yol xəritəsini bizə göstərən sənəddir”.

APA-nın məlumatında görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisində Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi bölgədə sülh və sabitliyinin təminatı üçün əlaqələrimizin daha da dərinləşməsinə işarə edir.

“Bilirsiniz ki, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımır. Halbuki, 1921-ci ildə imzalanan Moskva və Qars müqaviləsi Türkiyə və Azərbaycan arasında sərhədlərinin təsdiq edən sənəddir. Bu çox önəmli bir anlaşmadır, amma Ermənistan onu bu gün də qəbul etmir. Ümid edirik ki, münasibətlərin normallaşmasına dair aparılan danışıqlar zamanı bu məsələ də öz həllini tapacaq”, - deyə o qeyd edib.

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Moskvada birinci görüşünün keçirildiyini vurğulayan Ayrım, növbəti görüşün yaxın günlərdə baş tutacağını diqqətə çatdırıb: “Bu sahədə artıq vacib irəliləmələr var. İki ölkə arasında uçuşlar bərpa olunur, irəlidə isə Ermənistanın Türkiyə və Azərbaycan ilə avtomobil və dəmir yollarını bərpa etməsi və bu yolların birləşdirilməsi əhəmiyyət kəsb edəcəkdir. Mən bunu hər dəfə vurğulayıram, işimiz asan deyil. Müharibədə qələbə qazanıldı, torpaqlar geri qaytarıldı, amma bundan sonra üzərimizə daha çox məsuliyyət düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR