Samur çayı üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının tərkibi dəyişib

Samur çayı üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının tərkibi dəyişib
# 22 aprel 2022 14:57 (UTC +04:00)

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən tərkibi dəyişib.

APA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Birgə Komissiyanın tərkibi aşağıdakı kimi müəyyən edilib:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini, Birgə Komissiyanın həmsədri

Birgə Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi

Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Beynəlxalq Əlaqələr Baş İdarəsinin Həmsərhəd Ölkələrlə Əməkdaşlıq İdarəsinin rəisi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin Nəqliyyat infrastrukturu sektorunun baş məsləhətçisi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı şöbəsinin Su ehtiyalarının idarə olunması, su anbarları və magistral kanalların istismarı sektorunun müdiri.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu Sərəncam ilə müəyyən edilən Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR