Şarl Mişel Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək üçün güclü öhdəliyini təsdiqləyib

Şarl Mişel Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək üçün güclü öhdəliyini təsdiqləyib
# 25 mart 2023 17:38 (UTC +04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Şarla Mişel Azərbaycan və Ermənistan liderlərini kompromis həll yolları axtarmağa və eskalasiya risklərinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.
APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin Prezident Şarl Mişelin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə telefon danışığına dair yaydığı məlumatda qeyd olunub.

"16-17 fevral 2023-cü il tarixlərində Münhendə liderlərlə keçirdiyi son görüşlərinin ardınca Prezident Mişel onlarla 14 dekabr 2021-ci ildə keçirilmiş ilk üçtərəfli görüşü ilə dördüncü görüşü (31 avqust 2022-ci il) arasında Brüssel prosesi çərçivəsində müzakirə olunan müxtəlif mövzuları müzakirə edib.

O, Aİ-nin tərəflərə uzun zamandır gözlənilən normallaşmaya və davamlı sülhə nail olmaqda kömək etmək üçün güclü öhdəliyini təsdiqləyib".

Bildirilib ki telefon danışıqları zamanı Laçın yolu ətrafındakı vəziyyət müzakirə olunub və eyni zamanda Şarl Mişel son itkilər və regionda gərginliyin kəskin artması, eləcə də mənfi ritorika ilə bağlı narahatlığını ifadə edib.

"Hər iki telefon danışığında liderlər sıx əlaqələrin saxlanılması barədə razılığa gəliblər", Aİ-nin məlumatında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR