Şarl Mişel Kiyevdə Zelenski ilə görüşüb

Şarl Mişel Kiyevdə Zelenski ilə görüşüb
# 19 yanvar 2023 18:11 (UTC +04:00)

Kiyevdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” kanalında bildirib.

O, Aİ lideri ilə faydalı danışıqlar apardığını qeyd edib.

Zelenski Aİ və Ukrayna arasında mühüm nəticələrin əldə edildiyinə diqqət çəkib.

“Biz daha böyük nailiyyətlər əldə etmək üçün çalışırıq”, - Ukrayna lideri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR