Şavkat Mirziyoyev: “Özbəkistan-Azərbaycan münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb”

Şavkat Mirziyoyev

© APA | Şavkat Mirziyoyev

# 21 iyun 2022 16:05 (UTC +04:00)

Son illərdə bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb, konkret məzmun kəsb edib.

APA xəbər verir ki, bunu Daşkənddə Heydər Əliyev Meydanının açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

“Hörmətli İlham Heydər oğlu, Sizə, xüsusən ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli möhkəmlənməsinə şəxsi diqqətinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, Sizin dövlət səfəriniz qarşılıqlı faydalı əlaqələrimizin daha da inkişafına yeni güclü təkan verəcək”, - Özbəkistanın dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR