Şefik Caferoviç: “BMT-də islahatlar aparılmalıdır”

Şefik Caferoviç: “BMT-də islahatlar aparılmalıdır”
# 16 iyun 2022 11:21 (UTC +04:00)

“Qarabağda quruculuq işlərində Azərbaycana uğurlar arzulayıram”.

APA-nın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç bildirib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri deyib ki, hamı Ukrayna böhranının şahididir: “Ancaq bu böhrandan çıxmaq üçün nə etməliyik. İlk növbədə həmrəy olmalıyıq. Biz çıxış yollarını tapmalıyıq”.

Şefik Caferoviç qeyd edib ki, Balkanlar da Cənubi Qafqaz kimi həssas bir məkandır: “Belə zəngin tarixi olan bölgədə belə görüş keçirmək özü-özlüyündə cəsarət tələb edir”.

Şefik Caferoviç nəzərə çatdırıb ki, Bosniya və Herseqovinada 3 fərqli xalq, mədəniyyət bir araya gəlib: “Hazırkı qlobal nizam İkinci Dünya müharibəsindən sonra qurulub. Bu, bir sıra millətlərin digərləri üzərində üstünlüyünə əsaslanır. BMT-nin bizə dəstək verməməsi nəticəsində böyük soyqırımı baş verib. İki gün ərzində 80 min dinc insan öldürülüb. Bosniya və Herseqovinanın səylərinə baxmayaraq, BMT tərəfindən bu soyqırımı tanınmayıb. BMT sistemində islahatlar aparılmalıdır. Bizim ölkələrin müstəqilliyi, suverenliyi heç vaxt təhlükə altında olmamalıdır”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Serbiya hökumətinin millətçilik siyasəti həyata keçirdiyini söyləyib: “Bosniya və Herseqovinada Ukraynadakı kimi proses baş verməyib. Ancaq sülhün davamlı təmin edilməsi üçün addımlar atılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR