Səfir: AEBA-nın Azərbaycanla əməkdaşlığının genişlənəcəyinə ümid edirəm

Səfir: AEBA-nın Azərbaycanla əməkdaşlığının genişlənəcəyinə ümid edirəm
# 10 mart 2023 15:41 (UTC +04:00)

AEBA-nın Azərbaycanla gələcək əməkdaşlığının genişləndiriləcəyinə ümid edirəm.

APA xəbər verir ki, bunu Azərbaycan Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın ATƏT və BMT-nin Vyanada yerləşən təşkilatları yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli “Twitter”də yazıb.

Sadıqbəyli Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossinin 2-ci müddətə Baş direktor vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.

Diplomat onu da əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Rafael Qrossiyə öz təşəkkürünü bildirib.

"AEBA ilə əməkdaşlığın genişləndiriləcəyinə ümid edirəm", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR