Səfir: Aİ sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır - FOTO

Səfir: Aİ sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır - FOTO
# 19 yanvar 2023 17:35 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Twitter" hesabında bildirib.

“Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gedib gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ sülhsevər, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır”, - Aİ diplomatı deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR