Səfir: “Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmamaq Azərbaycanın suveren hüququdur”

Səfir: “Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmamaq Azərbaycanın suveren hüququdur”
# 26 yanvar 2022 12:21 (UTC +04:00)

Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmamaq Azərbaycanın suveren hüququdur. Bununla bağlı qiymətləndirmə etmək doğru olmaz.

APA-nın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib. Səfir bununla bağlı qiymətləndirmə aparmağın düzgün olmadığını əlavə edib.

Səfir Rusiya ilə Azərbaycan arasında quru sərhədlərinin nə zaman açılacağaı ilə bağlı suala da cavab verib.

“Epidemioloji vəziyyət normallaşdıqdan sonra ölkələr arasında quru sərhədlər açıla bilər. Lakin bununla belə hava yolları açıqdır və Azərbaycan və Rusiyanın müxtəlif şəhərləri arasında hava reysləri həyata keçirilir. Bu reylər həm vətəndaşların vacib səfərləri, həm turizm səfərlərinin həyata keçirilməsini təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR