Britaniya səfiri: Ukraynada müharibədən sonra Avropanın enerji təminatında Azərbaycanın rolu xüsusilə böyükdür

Britaniya səfiri: Ukraynada müharibədən sonra Avropanın enerji təminatında Azərbaycanın rolu xüsusilə böyükdür
# 03 fevral 2023 17:49 (UTC +04:00)

“Birləşmiş Krallıq uzun illər ərzində Azərbaycanın enerji sahəsində əsas tərəfdaşlardan biridir”.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “Twitter”də bildirib.

“Rusiyanın Ukraynaya hücumundan sonra Avropanın enerji ilə təmin edilməsində Azərbaycanın və Cənub Qaz Dəhlizinin rolu xüsusilə böyükdür”, - diplomat qeyd edib.

Birləşmiş Krallığın Avropa və Mərkəzi Asiya üzrə regional enerji təhlükəsizliyi və iqlim səfiri Devid Moran isə “Tvitter” paylaşımında bildirib ki, Azərbaycanın Avropanın qaz tədarükü mənbələrinin şaxələndirilməsinə yardımını görmək əladır.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclasında çıxış etmək xoş idi. Bizim uzunmüddətli enerji tərəfdaşımız olan Azərbaycanın Avropanın qaz tədarükü mənbələrinin şaxələndirilməsinə yardımını görmək əladır", - deyə Devid Moran bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR