Səfir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə həmişə töhfə verib"

Səfir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə həmişə töhfə verib"
# 06 may 2022 23:02 (UTC +04:00)

"Azərbaycan həmişə Avropanın enerji təhlükəsizliyinə töhfə verib. Biz Avropanı əmiyyətli həcmdə qazla təmin edirik və gələcəkdə bunun daha uzunmüddətli əməkdaşlığa çevrilməsini istəyirik".

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Sky News" kanalına deyib.

O bildirib ki, Azərbaycanın qaz istesalını artırmaq və Avropada enerji təhlükəsizliyinə daha geniş töhfə vermək imkanları böyükdür. Azərbaycan Bolqarıstan da daxil olmaqla bəzi Balkan ölkələrinə qaz tədarükünü artırır.

Diplomat müsahibəsində Azərbaycan və Ermənistan arasındakı münasibətlərə də toxunub. O bildirib ki, iki ölkə arasında münasibətlər sülh danışıqlarında nəticəyə gəlinmək yolunda ilərləyir.
Səfir əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin beş prinsipdən ibarət sülh sazişi üçün yol xəritəsinə nəhayət Ermənistan rəhbərliyi müsbət cavab verir: "Ermənistanda bəzi radikal quruplar sülh sazişinə qarşı çıxsa da, bizim gələcəyimiz ancaq sülhlə qurula bilər. Biz sülhə doğru addımlamalı və öz qonşularımızla yaxşı münasibətlər saxlamalıyıq. Ukraynada hazırkı münaqişə də onu göstərir ki, uzunmüddətli sülh olmadan, qonşularla yaxşı münasibətlər, ortaq dil tapılmadan gələcək qurmaq mümkün deyil", - deyə səfir vurğulayıb.

Səfir qeyd edib ki, rəsmi Bakı Ukrayna-Rusiya münaqişəsinin diplomatik həll yolunun tərəfdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR