Səfir: “Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüşlər konstruktiv olub”

Mixail Boçarnikov

© APA | Mixail Boçarnikov

# 26 yanvar 2022 12:03 (UTC +04:00)

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüşlər konstruktiv olub.

APA-nın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

Səfir təmasların vacib olduğunu, müsbət atmosfer yaratdığını söyləyib.

“Təbii ki, bütün bu proseslər mürəkkəbdir ancaq təmas var və olması vacibdir. Hökumətlər arasında kontaktın olması müsbət atmosfer yaradır. Düşünürəm ki, belə görüşlər, təmaslar optimizm vəd edir”.

Üç ölkənin dini konfessiya rəhbərləri arasında görüşə toxunan M.Boçarnikov deyib ki, belə görüşlər siyasi proseslərə dəstək verir, etimadın yaradılmasına kömək edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR