Səfir: “Azərbaycan İndoneziyanı enerji ilə təmin edən ölkələrdən birinə çevrilib"

Səfir: “Azərbaycan İndoneziyanı enerji ilə təmin edən ölkələrdən birinə çevrilib"
# 23 avqust 2019 20:06 (UTC +04:00)

“Azərbaycan İndoneziyanı enerji ilə təmin edən ölkələrdən birinə çevrilib. İndoneziya özü neft ixrac edən ölkə olmasına baxmayaraq, Azərbaycandan 2 milyon barel neft idxal edir”.

APA-nın xəbərinə görə, bunu media nümayəndələri ilə görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani deyib.

Onun sözlərinə görə, Avropanı neft və qazla təmin edən Azərbaycan hazırda dünyada ən vacib ölkələrdən birinə çevrilib: “İndoneziya hər zaman Azərbaycanın qardaşı olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR