Səfir: Azərbaycan Şərqlə Qərb arasında yeni etibarlı dəhlizin önəmli hissəsini təşkil edir

Səfir: Azərbaycan Şərqlə Qərb arasında yeni etibarlı dəhlizin önəmli hissəsini təşkil edir
# 14 mart 2023 14:50 (UTC +04:00)

“Regionda baş verən geosiyasi proseslər Şərqlə Qərb arasında yeni etibarlı dəhlizin yaradılmasını labüd edir və Azərbaycan bu dəhlizin önəmli hissəsini təşkil edir”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Mühafizəkarlar partiyasının nəzdində fəaliyyət göstərən Xarici Siyasət Məsələləri Şurasının təşkilatçılığı ilə bir sıra ölkələrin Londondakı səfirlərinin iştirakı ilə “İkitərəfli ticarət və sənaye əlaqələrinin yaradılması” adlı tədbirdə deyib.

Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə (həmçinin Qazaxıstan, Türkmənistan və İraq) ticarət elçisi, Xarici Siyasət Məsələləri Şurasının himayədarı Baronessa Nikolsonun sədrliyi ilə Parlamentin Lordlar Palatasında keçirilmiş tədbirdə səfir Elin Süleymanov Birləşmiş Krallığın Azərbaycanla əməkdaşlığı nəticəsində regionun enerji mənzərəsinin dəyişdiyini qeyd edərək, bu gün iki ölkə arasında bərpaolunan enerji mənbələrinin inkişafı üzrə əməkdaşlığın təsis olunduğunu vurğulayıb.

Elin Süleymanov, tədbirdə təmsil olunan Mərkəzi Asiya ölkələri ilə birgə Azərbaycanın yeni ticarət-nəqliyyat dəhlizi olan “Orta Dəhliz”in inkişafı üzrə səylərini artırdığı haqda məlumat verib, bu təşəbbüsün reallaşdırılmasında Birləşmiş Krallığın rol oynaya biləcəyini qeyd edib.

Səfir bildirib ki, regionda baş verən geosiyasi proseslər Şərqlə Qərb arasında yeni etibarlı dəhlizin yaradılmasını labüd edir və Azərbaycan bu dəhlizin önəmli hissəsini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR