Səfir: Azərbaycan Türkiyənin Ermənistanla normallaşma prosesində atdığı bütün addımlardan xəbərdardır

Səfir: Azərbaycan Türkiyənin Ermənistanla normallaşma prosesində atdığı bütün addımlardan xəbərdardır
# 20 yanvar 2023 18:29 (UTC +04:00)

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə dair işlər davam edir və Türkiyə daim atacağı addımları Azərbaycan tərəfi ilə koordinasiya edir.

Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan dövləti Türkiyə Respublikasının Ermənistanla münasibətlərinin normallaşdırılmasına dair proses çərçivəsində atdığı bütün addımlardan xəbərdardır.

“Türkiyənin hansı addımlar atdığını bilirik. Bununla bağlı mütəmmadi olaraq məsləhətləşmələrimiz davam edir. Narahat olmaq üçün bir əsas yoxdur. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərində paralellik mövcuddur, onlar bir-birinə bağlıdır”, - səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR