Səfir: Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə 20 yük maşını yola düşüb

Səfir: Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə 20 yük maşını yola düşüb
# 09 fevral 2023 16:58 (UTC +04:00)

Bu gün ümumilikdə 20 yük maşını hazır vəziyyətə gətirilərək Türkiyənin zəlzələ bölgəsinə yola salınıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Tvitterdə bildirib.

Səfir, yardımların Türk millətinin dərdinə şərik olmaq üçün Azərbaycanda yaradılmış “Qardaş Köməyi” adlı platforma çərçivəsində göndərildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR