Səfir: Azərbaycanın Ukraynaya yardımı formal deyil, səmimidir

Vladislav Kanevski

© APA | Vladislav Kanevski

# 03 avqust 2022 15:19 (UTC +04:00)

Azərbaycanın Ukraynaya yardımı formal deyil, səmimi qəlbdən gələn yardımdır.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycana Ukrayna xalqı adından təşəkkürünü bildirib.

“Əziz dostlar, bir neçə dəqiqə sonra Bakıdan növbəti humanitar yardım yola salınır. Qeyd olunmalıdır ki, bu “Silk Way” şirkəti tərəfindən həyata keçirilən sayca 10-cu, yubiley reysidir. Buna görə onlara da minnətdarıq.

Bu aylar ərzində Azərbaycanın humanitar yardımından fərqli vilayətlərdən olan və yardıma ciddi ehtiyac duyan on minlərlə insan faydalana bilib. Buna görə də Azərbaycana çox minnətdarıq. Bu gün unikal gündür, çünki yardımın coğrafi miqyası genişlənir. Növbəti reyslə 100 tondan artıq humanitar yardım göndəriləcək. Azərbaycanın Ukraynaya yardımı formal deyil, səmimi qəlbdən gələn yardımdır”, - səfir deyib.

Ukrayna səfiri Rusiya, BMT, Türkiyə və Ukraynanın taxıl ixracı ilə bağlı əldə etdikləri razılaşmadan da danışıb. O, razılaşmada Türkiyənin vasitəçi kim rolunu xüsusən vurğulayıb. O, Ukraynanın 3 limanından daşınacaq 20 milyon ton taxılın dünyada ərzaq təhlükəsizliyi ilə bağlı situasiyanı stabilləşdirəcəyini əlavə edib.

Xatırladaq ki, qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı və Gəncə şəhərləri Ukrayna xalqına ərzaq məhsullarından ibarət humanitar yardım göndərilir. Bakı şəhəri tərəfindən 66 ton, Gəncə şəhəri tərəfindən isə 35 ton olmaqla ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları (konservlər, dənli bitkilər, quru qidalar, çay və s.) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR