Səfir “Financial Times”da Vardanyanın normallaşma prosesinə mənfi təsirindən bəhs edib

Səfir “Financial Times”da Vardanyanın normallaşma prosesinə mənfi təsirindən bəhs edib
# 24 yanvar 2023 13:44 (UTC +04:00)

Nüfuzlu “Financial Times” qəzetində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun məktubu dərc olunub.

APA-nın London müxbiri xəbər verir ki, yazıda Ruben Vardanyanın Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsirindən bəhs edilib.

Eyni zamanda, Azərbaycan cəmiyyətinin Qarabağın ətraf mühiti ilə əlaqədar yaranan ekoloji vəziyyətə dair haqlı narahatlığını nəzər almaq tövsiyə edilib.

Səfir bildirib ki, hələ 1988-ci ildə Şuşa yaxınlığında Topxana meşəsinin qırılmasına qarşı etirazlar Azərbaycan milli hərəkatında əhəmiyyətli faktor olub.

“Ümumiyyətlə, yüzlərlə avtomobilin Laçın yolundan istifadəsi göstərir ki, Azərbaycan tərəfindən mülki ermənilərə heç bir blokada qoyulmayıb. Eyni zamanda Xankəndidə yerləşən separatçılara sual verilməlidir ki, niyə onlar mülki ermənilərin bu yoldan istifadəsinin qarşısını alırlar”, - səfir yazısında qeyd edib.

Sonda, səfir Cənubi Qafqazda uzunmüddətli dayanıqlı sülhü təmin etmək üçün hərtərəfli razılaşma ilə irəliləməyin həm erməni, həm Azərbaycan xalqının maraqlarına xidmət edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR