Səfir: "Fransa Azərbaycana minatəmizləmə prosesində dəstək verir"

Fransanın Azərbaycandakı səfiri Zakari Qross

© APA | Fransanın Azərbaycandakı səfiri Zakari Qross

# 14 iyul 2022 20:25 (UTC +04:00)

Azərbaycan və Fransa arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edib, hökumətlərarası münasibətlər yüksək səviyyədədir.

APA xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Fransanın Milli Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

“Prezidentlərimiz arasında intensiv dialoq var. Ölkələrimiz arasındakı münasibət etimada əsaslanır. Mən əlaqələrimizin gələcəyi barədə optimistəm. Onun çiçəklənən və stabil gələcəyi var", - deyə fransalı diplomat vurğulayıb.

Zakari Qross ölkəsinin Azərbaycanın azad olunmuş ərazilərində minalardan təmizlənmə prosesinə dəstək verdiyini, ANAMA ilə əməkdaşlığın olduğunu qeyd edib. Bildirib ki, minaaxtaran qurğuların və lazımi ləvazimatların təmin olunması istiqamətində ANAMA-ya dəstək verilir.

Səfir əlavə edib ki, məcburi köçkünlərin bu ərazilərə təhlükəsiz qayıtması üçün minalardan təmizlənmə vacibdir:

“Çox təəssüf ki, mina partlayışlarının qurbanları hələ də olur”, -deyə o əlavə edib.

Səfir Azərbaycana minatəmizləmə əməliyyatlarında dəstəyi davam etdirməyə hazır olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR