Səfir: Fransa ilə Azərbaycan arasında əlaqələr hər zaman yüksək səviyyədə olub

Səfir: Fransa ilə Azərbaycan arasında əlaqələr hər zaman yüksək səviyyədə olub
# 06 may 2023 12:33 (UTC +04:00)

"İlk dəfədir Naxçıvana səfər edirəm və səfərimin böyük siyasətçi Heydər Əliyevlə bağlı olması əlavə stimuldur. Hər zaman Fransa və Azərbaycan arasında istər siyasi, istərsə də mədəni əlaqələr yüksək səviyyədə olub”.

Bunu APA-ya açıqlamasında Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon deyib.

Səfir bildirib ki, Fransa və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması iki ölkə prezidentinin apardığı uğurlu xarici siyasət və iki ölkə arasındakı münasibətlərdən irəli gəlir. Hər iki tərəf əlaqələrin inkişafı üzərində daim işləyir, addımlar atırlar: “Vurğulamaq istəyirəm ki, ikitərəfli münasibətlərimiz indi daha güclüdür. Biz Azərbaycanla daha sıx münasibətdə işləyirik və düşünürəm ki, iki ölkə arasında münasibətlərin yaxşı olmasına nail olmuşuq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR