Səfir: "Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün yaranması üçün səylərini əsirgəməyib"

Səfir: "Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün yaranması üçün səylərini əsirgəməyib"
# 18 noyabr 2022 21:19 (UTC +04:00)

“Biz bu gün bildiyiniz kimi, Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirik. Bu illər ərzində ölkələrimiz hər zaman bir-birinə dəstək olub”.

Bunu APA-ya açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

“Cənubi Qafqazda sülhün, əmin-amanlığın təmin olunması üçün birgə işlər görmüşük. Bizim Baş nazirimizin rolunu da qeyd etmək istəyirəm. Regionda sülhə nail olmaq üçün ölkəmiz daim vasitəçilik edib. Əsirlərin qaytarılmasında və s. Ölkəmiz Azərbaycanla Ermənistan arasında sülhün yaranması üçün səylərini əsirgəməyib”
Diplomat bildirib ki, Gürcüstan regionda sülhün qorunub saxlanılması üçün hər zaman bütün formatlarda, görüşlərdə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR