Səfir: “İki həftə ərzində Ərdoğanın Azərbaycana səfəri gözlənilir”

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı

© APA | Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı

# 03 oktyabr 2022 11:52 (UTC +04:00)

İki həftə ərzində Zəngilan hava limanının açılışı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, hazırda Zəngilan Beynəlxalq Hava Limanının açılışı üçün hazırlıqlar tamamlanmaq üzrədir. Texniki uçuş sınaqları həyata keçirilir:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı üçün səfəri isə iki həftə ərzində gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR