Səfir Qarabağda yenidənqurma işlərində iştirak üçün Rusiya şirkətlərinin müraciətlərinin sayını açıqlayıb

Səfir Qarabağda yenidənqurma işlərində iştirak üçün Rusiya şirkətlərinin müraciətlərinin sayını açıqlayıb
# 26 yanvar 2022 12:24 (UTC +04:00)

“Ötən il Rusiyadan iki biznes missiya Azərbaycana səfər edib. Keçirilən biznes forumlarda iqtisadi sahədə əməkdaşlıq müzakirə olunub ki, bura Qarabağda fəaliyyət də daxildir”.

APA-nın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, indiyədək Rusiya şirkətləri tərəfindən Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün 14 müraciət edilib: “Bu sahələrə kənd təsərrüfatı, tikinti materialları, dəmiryolu xətti, enerji obyektlərinin tikilməsi daxildir. Lakin bu şirkətlərin neçəsinin müraciətinin qəbul olunacağı hələ bəlli deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR