Səfir: “Qazaxıstan yeni mərhələyə qədəm qoyur”

Serjan Abdıkərimov

© APA | Serjan Abdıkərimov

# 12 yanvar 2022 16:07 (UTC +04:00)

Bəzi şəxslər bir sıra şəhərlərdəki etirazlardan vəziyyəti gərginləşdirmək üçün istifadə edib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında bildirib.

Diplomat bildirib ki, Qazaxıstanda fövqəladə vəziyyət elan olunmasına baxmayaraq, administrasiya binaları, polis əməkdaşları, avtomobillər silahlı hücuma məruz qalıb.

Onun sözlərinə görə, etirazlarda radikal qruplaşmaların tərəfində “qaynar nöqtə”lərdə vuruşmuş şəxslər də iştirak edib, terrorçular hərbçilərin formasını geyinərək öz rabitə əlaqələrindən istifadə edib, etiraz iştirakçılarından canlı qalxan kim istifadə edib.

Səfir, Qazaxıstana qarşı siyasi, hərbi və dezinformasiya sahəsində terror müharibəsinin aparıldığını da əlavə edib.

Diplomat vurğulayıb ki, böhran dövründə hüquq mühafizə orqanlarının işi ilə bağlı araşdırmalar gözlənilir. Yaxın vaxtlarda isə güc strukturlarının yenidən təşkilinin müzakirə olunacağı ilə bağlı Qazaxıstan Təhlükəsizlik Şurasının iclası olacaq: “Dövlət başçısının qətiyyətli addımları ölkəni dinc həyata qaytarmağa imkan verib. Prezident iqtisadi və siyasi modernləşmənin yeni kursunu elan edib. Qazaxıstanda bir çox dərin problemlər üzə çıxıb. Bu gün ölkədə oliqarxların sosial məsuliyyətinin artırılmasına vurğu edilir. Bütövlükdə, təklif olunan bütün addımlar sistematik xarakter daşıyır”.

Serjan Abdıkərimov vurğulayıb ki, Qazaxıstan yeni mərhələyə qədəm qoyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR