Səfir: “Rusiya öz təkliflərinə dair ABŞ-dan yazılı cavab gözləyir”

Səfir: “Rusiya öz təkliflərinə dair ABŞ-dan yazılı cavab gözləyir”
# 26 yanvar 2022 11:51 (UTC +04:00)

Bizim danışıqlarımız əsasında təhlükəsizliklə bağlı hüquqi məcburi sənəd istəyi dayanır. Hazırda ABŞ-dan cavab gözləyirik.

APA-nın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

ABŞ-Rusiya münasibətlərinə toxunan səfir bildirib ki, Rusiya NATO-nun sərhədlərini genişləndirilməməsini istəyir. O, NATO-nun Rusiya sərhədlərində hücum xarakterli silahların yerləşdirilməsində narahat olduğunu deyib.

“NATO və Rusiya, ABŞ və Rusiya arasında dialoq var, danışıqlar keçirilir. Rusiya öz təkliflərinə dair bu həftə ABŞ-dan yazılı cavab gözləyir. Bizim danışıqlarımız əsasında təhlükəsizliklə bağlı hüquqi məcburi sənəd istəyi dayanır”, - deyə səfir söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR