Səfir: “Türkiyə Azərbaycanın yanında olacaq”

Cahit Bağçı

© APA | Cahit Bağçı

# 14 sentyabr 2022 11:37 (UTC +04:00)

“Dünən baş verən təxribat nəticəsində Azərbaycanın 50-yə yaxın şəhidi var. Azərbaycanın acısı bizim acımızdır”.

APA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimatında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, ilk dəqiqədən etibarən başda Prezident Ərdoğan, xarici işlər naziri, bütün siyasi rəsmilər bu məsələdə də Azərbaycanın yanında olduğunu ifadə edib: “Azərbaycanın haqlı davasında Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan heç bir fəaliyyəti doğru hesab etmirik. Buna qarşı Azərbaycanın yanında olmağa davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR