Səfir Türkiyənin Şuşada konsulluğunun nə zaman açılacağına aydınlıq gətirib

Səfir Türkiyənin Şuşada konsulluğunun nə zaman açılacağına aydınlıq gətirib
# 20 yanvar 2023 18:24 (UTC +04:00)

“Diplomatik nümayəndəliyin açılması uzun prosesdir, hansı ki, parlamentdə müzakirələrdən keçməlidir və sonra hökumət yekun qərar verməlidir. Bu niyyət haqqında artıq bildirilib”.

Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Türkiyənin Şuşada Baş konsulluğu nə zaman açılacaq?” sualına cavab olaraq bildirib.

“Türkiyə ilə münasibətlərimiz elə səviyyədədir ki, tək Bakı, Gəncə və Naxçıvan yox, Azərbaycanın bütün bölgələrində Türkiyənin diplomatik nümayəndəliklərinin açılması təbii haldır”, - səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR