Sektor müdiri: Azad olunmuş ərazilərdəki fəallığa görə Türkiyə, Özbəkistan, Qırğızıstana təşəkkür edirik

Sektor müdiri: Azad olunmuş ərazilərdəki fəallığa görə Türkiyə, Özbəkistan, Qırğızıstana təşəkkür edirik
# 09 iyun 2023 19:15 (UTC +04:00)

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində fəaldır.

APA xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Dirçəliş. Başlanğıc” kitabının təqdimatında çıxışı zamanı deyib.

Həbib Mikayıllı azad olunmuş ərazilərdəki fəallığına görə Türkiyə, Özbəkistan, Qırğızıstana və şirkətlərə təşəkkür edib.

"Qardaş Türkiyə, Özbəkistan, Qırğızıstan kimi ölkələrə fürsətdən istifadə edib bir daha təşəkkürümüzü bildiririk. Artıq azad olunmuş ərazilərə həyat qayıdır. Suqovuşanda keçirilən avarçəkmə yarışları, Şuşada keçirilən silsilə tədbirlər bunun göstəricisidir", - Həbib Mikayıllı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR