Şentop: “Beynəlxalq akademik ictimaiyyətin diqqətini Şuşaya çəkməyi hədəfləyirik”

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 18 may 2022 13:48 (UTC +04:00)

2-4 iyun tarixlərində Bakıda beynəlxalq simpozium keçiriləcək.

APA xəbər verir ki, bunu Şuşada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

O bildirib ki, simpoziumun bir və ya iki sessiyası isə Şuşada təşkil olunacaq: “Çünki musiqi və sənətlə bağlı mütəxəssislərin buranı gəlib görməsi önəmlidir. Beləliklə, beynəlxalq akademik ictimaiyyətin diqqətini Şuşaya çəkməyi hədəfləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR