Şentop: “Qarabağa diqqətin çəkilməsi baxımından bu konqres mühümdür” 

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 02 iyun 2022 11:46 (UTC +04:00)

“Bizim arzumuz Azərbaycanın haqlı davasının beynəlxalq ictimaiyyətdə də bilinməsidir”.

APA xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi (TBMM) və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində TBMM sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, doğru bilgi ilə təsəvvürlərin yaranması vacibdir: “Akademik dünyanın diqqətinin Qarabağa çəkilməsi baxımından bu konqresin mühüm olacağını düşünürük. Pandemiyaya görə, konqresin daha əvvəl baş tutması alınmamışdı. Qarabağda olanlara dünya akademiklərinin diqqətini çəkmək üçün bugünkü konqres faydalı olacaq. Konqresə 20 fərqli ölkədən alimlər, 100-dən çox universitetdən isə müəllimlər qatılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR