Şentop: “Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk”

Şentop: “Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk”
# 30 yanvar 2023 04:19 (UTC +04:00)

“Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi önəm veririk”.

APA Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Pakistan parlamenti sədrinin müavini Zahid Əkrəm Durrani ilə görüşündə deyib.

Əlcəzairdə 17-ci İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Konfransı çərçivəsində bir sıra görüşlər keçirən Şentop bu il Türkiyə-Pakistan diplomatik əlaqələrin 75-ci ilinin tamam olunduğunu qeyd edib.

Şentop diplomatik münasibətlərdə müsbət inkişafın olduğunu, əlaqələrin yaxşı inkişaf etdiyini deyib. Onun sözlərinə görə, rəsmi Ankara Pakistan-Türkiyə əlaqələri ilə yanaşı, Türkiyə-Azərbaycan-Pakistan arasındakı üçtərəfli əlaqələr mexanizminə xüsusi önəm verir.

Durrani isə öz növbəsində sel fəlakətindən sonra Türkiyənin Pakistanla yaxından maraqlanmasından məmnunluğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR