Şentop: "Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə və Pakistan üçün yeni fürsətlər açacaq"

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 21 iyul 2022 12:26 (UTC +04:00)

Zəngəzur dəhlizinin açılması Azərbaycan, Türkiyə və Pakistan üçün yeni fürsətlər yaradacaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İstanbulda Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin ikinci üçtərəfli iclası zamanı deyib.

O qeyd edib ki, üç ölkənin xalqlarını sıx tarixi və mədəni bağlar birləşdirir.

Şentop, həmçinin, əlavə edib ki, Qarabağ müharibəsində bərqərar olan ədalət Cammu və Kəşmir məsələsində də öz yerini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR