Sercio Mattarella: İtaliya Azərbaycan ilə Aİ arasında əlaqələrin daha da inkişafına güclü dəstəyini davam etdirəcək

Sercio Mattarella: İtaliya Azərbaycan ilə Aİ arasında əlaqələrin daha da inkişafına güclü dəstəyini davam etdirəcək
# 26 may 2023 17:40 (UTC +04:00)

Xalqlarımızı birləşdirən həqiqi dostluğa əsaslanaraq, əminliklə bildirirəm ki, biz qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxölçülü strateji tərəfdaşlığımızı dərinləşdirmək üçün bundan sonra da bütün imkanlardan istifadə edə biləcəyik.

APA xəbər verir ki, bu barədə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir.

“Bu kontekstdə İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişafına güclü dəstəyini davam etdirəcəkdir”, - məktubda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR