Səudiyyə Ərəbistanı səfiri: "Azərbaycanla münasibətlər artan xətlə davam edir"

Səudiyyə Ərəbistanı səfiri: "Azərbaycanla münasibətlər artan xətlə davam edir"
# 23 sentyabr 2019 20:25 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcək.

APA-nın xəbərinə görə, bu sözləri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra inkişafda böyük sıçrayışlar olub. O, əlavə edib ki, bu il Milli Gün "Zirvəyədək əzmkarlıq" şüarı altında qeyd olunur.

Krallığın ən böyük donor ölkələrindən biri olduğunu qeyd edən səfir ölkəsinin beynəlxalq inkişafın əsas tərəfdaşı sayıldığını deyib. Diplomat ölkəsinin Azərbaycanın müstəqiliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib. Bu gün əlaqələrin artan xətlə inkişaf etdiyini deyən səfir bunda qarşılıqlı səfərlərin vacib rolu olduğunu əlavə edib. O, Azərbaycanın baş naziri Novruz Məmmədovun Krallığa səfərini, ölkəsinin ədliyyə nazirinin Azərbaycana səfərlərini xatırladıb. O bildirib ki, səfərlər zamanı iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb.

Daha sonra nazir Samir Şərifov çıxış edərək Azərbaycan hökumətinin və prezidetinin Səudiyyə Ərəbistanı xalqına ən səmimi təbrikərini çatdırdığını deyib. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir. O, iki ölkə arasında əlaqələrin tarixi, dini və mədəni bağlılığını vurğulayıb. Nazir qeyd edib ki, keçirilən yüksək səviyyəli mühüm görüşlər iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin genişləməsinə təkan verib. İndiyədək iki ölkə arasında 20 sənəd imzalanıb və hazırda 8 sənəd üzərində danışıqlar gedir. S.Şərifov deyib ki, iqtisadiyyat, ticarət, mədəniyyət sahəsində əməkdaşlıqla yanaşı iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR