Si Cinpin: “Çinlə Azərbaycan arasında qarşılıqlı siyasi etimad dərinləşir”

Si Cinpin: “Çinlə Azərbaycan arasında qarşılıqlı siyasi etimad dərinləşir”
# 26 may 2022 15:22 (UTC +04:00)

Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir.

APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirilib.

Çin lideri qeyd edib ki, iki ölkə arasında qarşılıqlı siyasi etimad dərinləşir, "Bir kəmər, bir yol" müştərək layihəsi üzrə əməkdaşlıq fəal inkişaf edir və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir.

“Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin və xalqlarımızın rifahı naminə yeni səviyyədə daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”, - Si Cinpin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR