Simonyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ görüşünü müsbət qiymətləndirib

Alen Simonyan

© APA | Alen Simonyan

# 04 may 2023 18:06 (UTC +04:00)

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin və Azərbaycanın XİN başçılarının ABŞ-da baş tutan görüşlərini müsbət qiymətləndirib.

APA xəbər verir ki, Simonyan bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Ankaraya səfəri çərçivəsində bildirib.

Erməni spiker qeyd edib ki, bütün münaqişələr sülh danışıqları yolu ilə həll edilməlidir.

Simonyan hər iki XİN rəhbərinə danışıqlar prosesində uğurlar arzu edərək vurğulayıb ki, ABŞ-da Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında baş tutan danışıqlar ölkələrarası münasibətlərin müsbət səmtdə inkişafına təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR