Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib

Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib
# 10 iyun 2022 18:55 (UTC +04:00)

Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar iyunun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolları Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR