Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib

Slovakiya Milli Şurasının sədrinin Şəhidlər xiyabanını ziyarəti

© APA | Slovakiya Milli Şurasının sədrinin Şəhidlər xiyabanını ziyarəti

# 13 iyun 2022 15:59 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR