Soltan Məmmədov Fransanın Şərq Tərəfdaşlığı üzrə səfiri ilə görüşüb - FOTO

Soltan Məmmədovun Fransa XİN-nin Şərq Tərəfdaşlığı üzrə səfiri ilə görüşü

© APA | Soltan Məmmədovun Fransa XİN-nin Şərq Tərəfdaşlığı üzrə səfiri ilə görüşü

# 04 may 2022 14:28 (UTC +04:00)

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföylə görüşüb.

APA xəbər verir ki, Fransanın ölkəmizdəki səfiri Zaxari Qrossun da iştirak etdiyi görüşdə Azərbaycan-Fransa münasibətlərinin müxtəlif aspektlərini, o cümlədən parlamentlərarası əlaqələr müzakirə olunub.

Bris Rokföy Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzini də ziyarət edib. Qonağa ümummilli lider Heydər Əliyevin irsi, Azərbaycanın tarixi və mədəniyyətini, incəsənətini əks etdirən eksponatlar və sərgilər haqqında məlumat verilib.

Soltan Məmmədov görüşün səmərəli və faydalı olduğuna ümid edir: “Azərbaycan və Fransa parlamentarilərinin əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutduğu vurğulandı. Maraqlı görüşə və səmimi söhbətə görə Bris Rokföyə və Zaxari Qrossa təşəkkürümü bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR