Spiker: Gürcüstana Aİ namizədi statusu verilməməsininin cavabı bu günədək açıqlanmayıb

Spiker: Gürcüstana Aİ namizədi statusu verilməməsininin cavabı bu günədək açıqlanmayıb
# 09 iyun 2023 17:55 (UTC +04:00)

Gürcüstana niyə Avropa İttifaqı (Aİ) namizədi statusu təqdim edilməməsinin cavabı bu günədək açıqlanmayıb.

APA xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O, faktiki olaraq belə bir cavabın mövcud olmadığını əlavə edib.

Spiker qeyd edib ki, Avropa Komissiyasının yanvar hesabatı göstərib ki, müvafiq qərar ləyaqət əsaslı olsaydı Gürcüstana namizəd statusu verilə bilərdi.

"Biz hansı səbəbdən namizəd statusunun verilmədiyini soruşduqda bir-birindən kəskin fərqlənən cavablar alırıq. Faktiki olaraq bu, göstərir ki, məsələyə obyektiv cavab yoxdur. Bu, müəyyən bir siyasi qərar idi və bu qərarın nəyə əsaslandığını demək çətindir”, - Papuaşvili deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR