Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycana səfəri yekunlaşıb

Xavyer Kolomina

© APA | Xavyer Kolomina

# 20 yanvar 2023 12:43 (UTC +04:00)

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərini yekunlaşdırıb.

APA xəbər verir ki, Xavyer Kolomina bu barədə “Twitter” paylaşımında qeyd edib.

“Azərbaycanın 1990-cı il Qanlı Yanvar hadisələrini yad etdiyi gün Bakıya üçüncü səfərimi yekunlaşdırıram. Xarici işlər naziri Ceyhun Bayramovla NATO ilə əməkdaşlığı, Laçın dəhlizində vəziyyəti, o cümlədən humanitar məsələləri və regional sabitliyi müzakirə etdik. Bu, danışıqlar və normallaşma prosesini davam etdirmək üçün vacibdir”, - Xavyer Kolomina qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR