Suriyalı rəsmi: “Ekstremist qruplar ölkəni yerlə-yeksan edib, qıtlıq var”

Suriyalı rəsmi: “Ekstremist qruplar ölkəni yerlə-yeksan edib, qıtlıq var”
# 01 iyul 2022 13:00 (UTC +04:00)

“Böyük dövlətlər, böyük qüvvələr tərəfindən dəstəklənən ekstremist qruplar Suriyanı yerlə-yeksan ediblər, insanlığa qarşı cinayətlər törədiblər”.

APA xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında Suriya Xalq Məclisinin Xidmətlər Komitəsinin sədri Faysal Azzouzi bildirib.

O, ölkəsinin ciddi problemlərlə üz-üzə olduğunu diqqətə çatdırıb: “Qoşulmama Hərəkatının üzvlərindən Suriyanın ərazi bütövlüyünü dəstəkləmələrini istəyirik. Suriya ciddi problemlərlə üz-üzədir. Ölkəmizdə ərzaq qıtlığı var, tibbi ləvazimatlar çatışmır, bütün bu problemlərlə bağlı dost ölkələrdən kömək istəyirik”.

Suriyalı rəsmi çıxışında Fələstin probleminə də toxunub. O qeyd edib ki, QH azad Fələstini dəstəkləməli, bu məsələ ilə bağlı yekun sənədə maddə əlavə edilməlidir.

“Bir daha Azərbaycan xalqına və hökumətinə təşəkkür edirəm. Siz bu konfransı keçirməklə siyasi, diplomatik səviyyədə uğur qazandınız, bu gələcək uğurlara vəsilə olacaq”, - suriyalı rəsmi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR