Tacikistan Nümayəndələr Palatasının sədri Azərbaycana səfər edib

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfər edib

© APA | Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfər edib

# 16 may 2022 17:30 (UTC +04:00)

Mayın 16-da Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR