Tacikistan səfiri: "Cənubi Qafqazda iqtisadi maraqlarımız var"

Rustam Soliyev

© APA | Rustam Soliyev

# 25 aprel 2022 12:12 (UTC +04:00)

“Azərbaycanla kifayət qədər məhsuldar əməkdaşlığımız var”.

APA xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev BMTM-də keçirilən müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, terrorla mübarizədə, hərbi sahədə uğurlu əməkdaşlıq mövcuddur: “Biz istəyirik ki, Cənubi Qafqaz stabillik, sülh regionu olsun. Bizim bu regionda iqtisadi maraqlarımız var, doğrudur müəyyən çətinliklər var, ancaq əsas odur ki, qarşılıqlı maraq var. Biz investisiya layihələrini nəzərdən keçiririk”.

Diplomat qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində yaxşı təcrübəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR