Tacikistanda 28 May Müstəqillik Günü qeyd olunub

Tacikistanda Müstəqillik Günü qeyd olunub

© APA | Tacikistanda Müstəqillik Günü qeyd olunub

# 25 may 2022 12:25 (UTC +04:00)

Mayın 23-də Azərbaycan Respublikasının dövlət bayramı 28 may – Müstəqillik Günü və Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyi tərəfindən Düşənbənin “Hyatt Regency” otelində rəsmi ziyafət təşkil olunub.

Tacikistan səfirliyindən APA-ya verilən məlumata görə, ziyafətdə Tacikistanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycan-Tacikistan Parlamentlərarası Dostluq qrupunun üzvləri, ictimai-siyasi dairələrin nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri, diplomatik korpus və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Əlimirzamin Əskərov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan söz açıb, müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrin birinə çevrilməsi, ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq,
qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığı bildirilib.

Səfir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib, otuz ilə yaxın bir dövrdə düşmən işğalı altında qalan torpaqlarımızın azad olunduğunu, böyük Qələbəni xalqımıza Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun bəxş etdiyini vurğulayıb.

Əlimirzamin Əskərov son 30 ildə Azərbaycan ilə Tacikistan arasında münasibətlərin inkişaf dinamikasından bəhs etmiş, əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini bilib. Səfir Azərbaycan-Tacikistan münasibətlərinin əsasında iki dövlət başçısı arasında mövcud olan səmimi münasibətlərlə yanaşı, xalqlarımızın tarixən mövcud olan sıx təmaslarının dayandığını qeyd edib. 30 il bundan əvvəl əsası qoyulan münasibətlərin bu gün öz bəhrəsini verdiyini deyən səfir əlamətdar gün münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Tədbir çərçivəsində həmçinin, diaspora fəalı, Tacikistanın tanınmış teatr tənqidçisi, ictimai xadim, tərcüməçi və şairə soydaşımız Almas Hacıyevaya Azərbaycan mədəniyyətinin, incəsənətinin Tacikistanda təbliği, diaspor fəaliyyətindəki xidmətlərinə görə və 75 illik yubileyi münasibətilə səfir Əlimirzamin Əskərov tərəfindən Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Tədbir çərçivəsində qonaqlara ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən kitab və bukletlər hədiyyə edilib, videomateriallar və milli mətbəx nümunələri nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR