Tbilisidə "Cənubi Qafqazda dəyişən güclər balansı" adlı beynəlxalq konfans keçirilir - FOTO

Rondeli fondu

© APA | Rondeli fondu

# 18 yanvar 2022 10:12 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə beynəlxalq ekspertlərin iştirakı ilə təhlükəsizlik konfransı keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə 2020-ci ildə Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda dəyişən güclər balansı, müharibənin regionun təhlükəsizlik arxitekturasına gətirdiyi dəyişikliklər, müharibədən sonra regional əməkdaşlıq məsələləri, bölgədə sabitliyin perspektivlərini müzakirə ediləcək.

Konfransda Azərbaycanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev təmsil edir.

Gürcüstanın Rondeli Fondu tərəfindən təşkil edilmiş beynəlxalq tədbirdə panelçilər Rusiya-NATO münasibətləri, Qara dəniz təhlükəsizliyi, Avropa İttifaqının Cənubi Qafqaz strategiyası kimi mövzular da müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR