Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
# 30 sentyabr 2022 21:28 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, teleqüllə Bakı Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Gürcüstana səfəri ilə əlaqədar Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Qeyd edək ki, sabah Tbilisidə "Tbilisoba" şəhər bayramı keçiriləcək. Eldar Əzizov bayram tədbirlərində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR